Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli dünya gündəmini narahat edən hantavirus infeksiyası ilə bağlı müzakirələr çərçivəsində Azərbaycanda karantin rejimi tətbiq ediləcəyi barədə fikirlərə münasibət bildirib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, hazırda ajiotaj yaradacaq bir hal yoxdur.

M.Məmmədli bildirib ki, gəmiricilərin ifrazatı quruyaraq toz şəklində havaya qalxarsa və insan nəfəs alarsa, yoluxma ehtimalı olur: “Yalnız birbaşa təmas, yəni gəmiricilərin dişləməsi nəticəsində, yaxud onların toxunduğu qida məhsullarından istifadə etdikdə yoluxma halı mümkündür. Lakin insandan insana birbaşa hava yolu ilə, dolayı təmas olmadan keçid mümkün deyil, belə halda yoluxma ehtimalı çox aşağıdır. Sürətlə yayılan digər infeksiyalardan fərqli olaraq hantavirusda yoluxma imkanları məhduddur. Buna görə də bir o qədə yoluxma ehtimalı təhlükəli infeksiyalardan deyil. Bütün bunlara baxmayaraq, xəstəliyin özü təhlükəli simptomlarla gedir. Tənəffüs, böyrək çatışmazlığı kimi narahatlıq, təhlükə yaradan infeksiyadır və yoluxmuş şəxsin karantinə alınması təbiidir. Baxmayaraq ki, insandan insana keçid halına hələ rast gəlinməyib... Təkcə Cənubi Amerikada insandan insana keçmə ehtimalı ilə bağlı bir neçə hal aşkarlanıb. Dediyimiz kimi, koronavirus infeksiyası ilə müqayisə etsək, hantavirusda insandan insana yoluxma ehtimalı sıfıra bərabərdir. Məsələn, qızılcada, verəmdə və digər infeksion xəstəliklərdə də ilkin yoluxan şəxsi karantinə alıb digər təmasların qarşısını almağa çalışırıq. Bu, təbiidir və bütün xəstəliklər üçün keçərlidir. Hantavirusa görə geniş mənada düşündüyümüz ümumi karantin olacağı ehtimalı isə real deyil. Hansısa ölkədə bir və ya bir neçə şəxs karantinə alınıbsa, bu, digər təmasların qarşısını almaq məqsədi daşıyır. Burada ajiotaj yaradacaq, suallar doğuracaq bir hal yoxdur”.
Aytəkin Qardaşova
8 İyun 03:02
8 İyun 02:59
8 İyun 02:57
7 İyun 23:04
7 İyun 22:57
7 İyun 22:56
7 İyun 22:01
7 İyun 21:59
7 İyun 20:52
7 İyun 20:51
7 İyun 20:49
7 İyun 19:56
7 İyun 19:40
7 İyun 17:58
7 İyun 16:38
7 İyun 16:33
7 İyun 15:19
7 İyun 14:56
7 İyun 14:04
7 İyun 13:04
7 İyun 13:00
7 İyun 12:46
7 İyun 11:35
7 İyun 11:33
7 İyun 11:31
7 İyun 11:24
7 İyun 11:22
7 İyun 10:53
7 İyun 10:19
7 İyun 10:17
7 İyun 09:05
7 İyun 08:53
7 İyun 01:42
7 İyun 00:54
7 İyun 00:06
6 İyun 23:32
6 İyun 23:30
6 İyun 22:27
6 İyun 22:25
6 İyun 21:52
6 İyun 20:04
6 İyun 19:36
6 İyun 19:10
6 İyun 18:27
6 İyun 18:19
6 İyun 18:12
6 İyun 18:07
6 İyun 17:31
6 İyun 17:28
6 İyun 17:16
6 İyun 16:56
6 İyun 16:47
6 İyun 16:35
6 İyun 16:21
6 İyun 16:05
6 İyun 16:04
6 İyun 15:53
6 İyun 15:50
6 İyun 15:48
6 İyun 15:26
6 İyun 15:20
6 İyun 15:16
6 İyun 15:12
6 İyun 15:03
6 İyun 14:44
6 İyun 14:35
6 İyun 14:27
6 İyun 14:18
6 İyun 14:13
6 İyun 14:09
6 İyun 14:07
6 İyun 13:42
6 İyun 13:38
6 İyun 13:35
6 İyun 13:30
6 İyun 13:28
6 İyun 13:23
6 İyun 13:13
6 İyun 13:07
6 İyun 13:01
6 İyun 13:00
6 İyun 12:57
6 İyun 12:48
6 İyun 12:40
6 İyun 12:23
6 İyun 12:00
6 İyun 11:51
6 İyun 11:46
6 İyun 11:40
6 İyun 11:19
6 İyun 11:14
6 İyun 11:05
6 İyun 10:56
6 İyun 10:53
6 İyun 10:35
6 İyun 10:26
6 İyun 10:23
6 İyun 10:09
6 İyun 10:02
6 İyun 09:16
6 İyun 09:12
6 İyun 08:50
6 İyun 08:26
6 İyun 08:04
6 İyun 07:37
5 İyun 22:47
5 İyun 22:10
5 İyun 22:08
5 İyun 22:06
5 İyun 22:04
5 İyun 22:03
5 İyun 22:00
5 İyun 21:57
5 İyun 20:58
5 İyun 20:37
5 İyun 20:34
5 İyun 20:10
5 İyun 19:55
5 İyun 19:26
5 İyun 19:03
5 İyun 18:57
5 İyun 18:55
5 İyun 18:50
5 İyun 18:41
5 İyun 18:32
5 İyun 18:22
5 İyun 18:09
5 İyun 18:00
5 İyun 17:55
5 İyun 17:51
5 İyun 17:35
5 İyun 17:32
5 İyun 17:22
5 İyun 17:12
5 İyun 17:06
5 İyun 17:01
5 İyun 16:54
5 İyun 16:45
5 İyun 16:36
5 İyun 16:34
5 İyun 16:18
5 İyun 16:10
5 İyun 16:00
5 İyun 15:51
5 İyun 15:41
5 İyun 15:38
5 İyun 15:29
5 İyun 15:26
5 İyun 15:24
5 İyun 15:19
Ən son xəbərləri səhifəmizdən də izləyin