BURADA REKLAMINIZ OLA
BİLƏR

"Xarici investora “lox” kimi baxmaqla sərmayə cəlb etmək mümkün deyil" - İqtisadçı

"Problemlərin həlli artıq iqtisadiyyatda deyil, siyasətdədir, idarəetmə sistemindədir, təbii inhisarların dərdi formasında deyil, məzmunundadır.

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.


N.Cəfərli qeyd edib ki, xarici investora “lox” kimi baxmaqla sərmayə cəlb etmək mümkün deyil: "İnvestorlar üçün bir neçə vacib məsələ var:

1) Ölkənin ÜTT-yə üzv olması, 2) Məmləkərin Avropa Birliyi ilə saziş bağlaması, 3) Ədalətli və azad məhkəmə sistemi, 4) Öz çərçivəsindən çıxmayan hüquq-mühafizə orqanları və tez-tez dəyişməyən vergi və gömrük qaydaları, 5) İnvestora yönəlik təşviq addımlar. Bunun üçün isə siyasi islahatlar lazımdır, iqtisadiyyata atılan hər hansı bir addım bərbad idarəetmə sisteminə dəyərək çilik-çilik olacaq, idarəetmənin baxışı, fəlsəfəsi dəyişməsə iqtisadi tədbirlərin effekti olmayacaq".

Tarix: 7 Avqust 2020, 14:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin