BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda yüksək vəzifəyə təyinat - FOTO

Rafail Quliyev Kənd Təsərrüfatı Naziriyinin (KTN) Aparat rəhbəri təyin edilib.

 

Pravda.az-ın məlumatına görə, buna qədər o, KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Rafail Quliyev 1967-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb.

2016-2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

 

Ailəlidir, 4 övladı var.

 

Kənd Təsərüffatı Nazirliyindən məlumatı təsdiqləyiblər.

Fotoları təqdim edirik
Tarix: 7 Avqust 2020, 15:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin