BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceki Çan Azərbaycana gəlir?

Dünyaca məşhur aktyor Ceki Çan Azərbaycana gələ bilər. Bu barədə "Variety" nəşri məlumat yayıb. Bildirilib ki, aktyorun iştirakı ilə "Tanrının yaraqları 4: Ultimatum" filminin çəkilişlərinin bir hissəsi Azərbaycanda baş tutacaq.

 

Ekran işinin rejissoru Robert Kun, prodüserləri isə Esmond Ren və İqor Tsaydır. Çəkilişlər iyulda başlayacaq və 2027-ci ilin ikinci rübündə filmin premyerasının təşkil olunması planlaşdırılır.

 

Filmin çəkilişləri Azərbaycanda və Qazaxıstanda aparılacaq.

 

Qeyd edək ki, bu film seriyası 1986-cı ildə "Tanrının yaraqları" filmi ilə başlayıb. Həmin filmdə Ceki Çan həm baş rolda oynayıb, həm də rejissorluq edib. Daha sonra 1991-ci ildə "Tanrının yaraqları 2: Kondor əməliyyatı" filmi ekranlara çıxıb.

 

Üçüncü hissə isə 2012-ci ildə "Çin bürcləri" adı ilə nümayiş olunub. Burada da Ceki Çan həm rejissor, həm də aktyor kimi iştirak edib.

 

Axsam.az

Tarix: 14 May 2026, 14:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin