BURADA REKLAMINIZ OLA
BİLƏR

Mayis Musayev işdən çıxdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev vəzifəsindən azad edilib.

 

Pravda.az xəbər verir ki, bununla bağlı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov əmr imzalayıb.

 

“Vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi kimi strateji və məsuliyyətli bir missiyanın parçası olmaq mənim üçün sadəcə bir iş deyil, böyük bir qürur və şərəf idi. Bu müddət ərzində dövlətə və vətəndaşa xidmət etməyin məsuliyyətini və gözəlliyini dərindən hiss etdim.

 

​Xüsusilə Kommunikasiya departamentindəki peşəkar komandama, hər bir həmkarıma göstərdikləri dəstək, paylaşılan bilik və birgə imza atdığımız uğurlu layihələr üçün sonsuz təşəkkürlərimi bildirirəm.

 

​Bu müddət ərzində əməkdaşlıq etdiyimiz bütün tərəfdaşlara, mediadakı dostlarımıza təşəkkür edirəm.

 

Məkanlar və vəzifələr fərqli olsa da, dövlətimizə və vətəndaşımıza xidmət missiyası ömürlükdür.  İndi isə yeni hədəflərə və yeni çağırışlara doğru irəliləmək zamanıdır!” – M.Musayev bildirib.

Tarix: 14 May 2026, 14:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin