BURADA REKLAMINIZ OLA
BİLƏR

Aydın Mirzəzadə: “Ermənistan Azərbaycana qarşı hansı münasibəti sərgiləyəcəksə, ona münasib cavab alacaq”

“Ermənistanda seçkilərin nəticəsi Azərbaycanın mövqeyinə heç cür təsir etməyəcək. Azərbaycan ərazi bütövlüyünü təmin edib, suveren hüquqlarını qorumaq gücündədir. Ölkəmizə qarşı ola biləcək istənilən təhdidlərin layiqli cavabını verə bilərik”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

 

Deputat bildirib ki, Ermənistanda hakimiyyətə revanşist, Azərbaycanla müharibəni özünün əsas siyasəti sayan qüvvələr gələcəksə onda Ermənistanda çox ciddi problemlər yaşanacaq: “Bu problemlər özünün içindən qaynaqlanacaq. Ermənistanın bu gün Azərbaycanın hərbi gücünə cavab verə biləcək silahlı qüvvələri, ordu yarada biləcək resursları yoxdur. Eyni zamanda onun Azərbaycanla qarşıdurma siyasəti yeritməsi Azərbaycanın son dövrdə Ermənistana qarşı etdiyi xoşməramlı addımların dayanmasına səbəb olacaq. Ermənistana yüklər Azərbaycandan getməyəcək, Azərbaycan Ermənistana yanacaq satmayacaq və s. Ermənistan cəmiyyəti bilməlidir ki, Azərbaycana qarşı hansı münasibəti sərgiləyəcəksə ona münasib də cavab alacaq”.

 

Qeyd: İyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.

 

Şəhanə Quliyeva

Tarix: 14 May 2026, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin