BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəstəxanaya yerləşdirilən Kadir İnanırın son durumu - FOTO

Məşhur türkiyəli aktyor Kadir İnanır xəstəxanaya yerləşdirilib.

 

Oxu.Az – ın xəbərinə görə, xəstəxananın baş həkimi Kadir İnanırın sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verilib. O bildirib ki, 77 yaşlı aktyor pnevmoniya ilə əlaqəli nəfəs darlığı yaşayır və müalicəsi davam edir.

 

"Aparılan tibbi qiymətləndirmədən sonra pnevmoniyadan qaynaqlanan nəfəs darlığı müşahidə olunub və bununla əlaqədar reanimasiya şöbəsinə yerləşdirilib.

 

Müalicəsi reanimasiya şəraitində davam edir və intubasiyaya ehtiyac olmadan qeyri-invaziv tənəffüs dəstəyi təmin edilir.

 

Ümumi vəziyyətində qismən yaxşılaşma müşahidə olunur. Xəstəmiz bir müddət daha reanimasiyada müşahidə altında qalacaq", - deyə həkim qeyd edib.

Fotoları təqdim edirik
Tarix: 16 May 2026, 17:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin