BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan ABŞ-a XƏBƏRDARLIQ

Türkiyə İncirlik hərbi bazasını ABŞ-ın üzünə bağlaya bilər.

 

Pravda.az-ın xəbərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə “A Haber” telekanalının efirində bildirib.

 

Ərdoğan deyib ki, əgər rəsmi Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq edərsə, Türkiyə bu hərbi bazanı ABŞ-ın üzünə bağlayacaq.

 

“İncirlik bazasının bağlanması haqqında qərarı biz verə bilərik. Əgər bunu etmək lazım olsa, onda biz İncirliyi və Kürəciyi bağlayacağıq”, - deyə Türkiyə Prezidenti qeyd edib.

 

Qeyd edək ki, Kürəcik hərbi bazasında Avropanın raket əleyhinə müdafiə sisteminin hissələri yerləşdirilib.

 

 

Tarix: 15 Dekabr 2019, 23:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin