“Məlum olduğu kimi, ölkəmiz BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kimi növbəti mühüm, mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi edir. Bu gün Azərbaycan yenidən dünyanın diqqət mərkəzindədir. Nəzərə alsaq ki, ölkəmizin nəhəng beynəlxalq tədbirləri keçirmək üzrə böyük təcrübəsi var. Hər bir tədbirdə Azərbaycan nümunəsi yaradılır və növbəti tədbirlərdə ölkələr bu nümunədən istifadə edirlər. Müasir dünyamızda təkcə iqlim dəyişiklikləri ciddi problem deyil, eyni zamanda şəhərsalma ilə bağlı urbanizasiya problemləri çox böyük narahatlıq doğurur. Bu baxımdan, təcrübəyə, mövcud problemlərin həlli üçün fikir mübadiləsinə, çıxış yollarının tapılmasına böyük ehtiyac var. Azərbaycan da bu gün Qarabağ və Şərqi Zəngəzuru yenidən qurmaq sahəsində unikal addımlar atır. Yeri gəlmişkən, bu məqsədlə - həm infrastruktur, həm də şəhərsalma işləri ilə bağlı Qarabağ və Şərqi Zəngəzur üçün üçün 14,7 milyard ABŞ dolları xərclənib. 2028-ci ilə qədər bu vəsaitin 18 milyard dollara çatdırılması gözlənilir. Bu sahədə Azərbaycan artıq ciddi təcrübə qazanıb. Bunlar WUF13 tədbirində də paylaşılır. Təəssüf ki, bu mühüm tədbirin keçirildiyi günlərdə şəhərimizdə yağıntının miqdarı kəskin şəkildə artıb. Hətta keçən ilin müvafiq dövrü ilə müqayisədə beş dəfədən çox olduğu qeydə alınıb. Yalnız 1963-cü ildə belə bir hadisə baş verib. Həmin dövrdən bəri heç vaxt Bakıya və ölkəmizin digər şəhərlərə bu qədər yağıntı düşməyib. Bu da təbii ki, müəyyən çətinliklər yaradır. Görünür ki, iqlimdə çox ciddi dəyişikliklər var”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, Bakı istənilən vaxt belə hallara hazır vəziyyətdə olmalıdır: “Kanalizasiya sisteminin yenilənməsi, bu cür gözlənilməz halların qarşısının alınması ilə bağlı müvafiq işlər görülməkdədir, amma hər birimizi təəccübləndirə biləcək səviyyədə yağışlar yağır. Təəssüf hissi ilə qeyd edirəm ki, vəziyyətlə bağlı sosial şəbəkələrdə problemin həllinə diqqət çəkilmir. Elə məsələlər qabardılır ki, “təki ölkəmizin imicinə zərbə olsun”, “təki gələn qonaqlar prosesdən narazı qalsınlar”... Hətta bəzi hallarda bir-iki il öncə baş verən subasmaları əks etdirən köhnə videoları yayırlar. Sanki bu gün baş veribmiş kimi təqdim edirlər. Məqsədləri budur ki, yüksək səviyyədə hazırlıq gedən və həyata keçirilən tədbirə kölgə salsınlar, Azərbaycanın imicinə mənfi təsir göstərsinlər. Vətənpərvərliyin azca da olsun, nümunəsini ortaya qoymurlar, sevinirlər... Axı nəyə sevinirsiniz? Bir qürurunuz, mənliyiniz olsun. Ona sevinirsiniz ki, xaricilər narazı qalacaqlar? Bundan zövq alırsınız? Belə insanlar olub və gələcəkdə də olacaq. Həmin insanlara deyirəm ki, baxın, görün dünyanın ən böyük paytaxtlarında, şəhərlərində hansı təbii fəlakətlərlə üz-üzə qalırlar. Zəlzələdən tutmuş subasmalara, selə, vulkanlara qədər... Heç kim öz dövləti ilə bağlı belə təhqiramiz fikirlər səsləndirmir. Ayıb olsun belə insanlara! Problemi həll etməyə çalışmaq lazımdır. Bundan siyasi şou yaratmaq lazım deyil. Bu problemlər Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Həlli istiqamətində ardıcıl və sistemli xeyli işlər görülür. Artıq başa düşürük ki, iqlim tamamilə fərqli iqlimdir. Buna görə də hər zaman belə fəsadlara qarşı hazır vəziyyətdə olmaq, önləyici addımlar atmaq lazımdır. Bu istiqamətdə ciddi proseslər getməkdədir”.
Aytəkin Qardaşova
9 İyun 09:21
9 İyun 09:20
9 İyun 09:17
9 İyun 09:14
9 İyun 09:12
9 İyun 09:09
9 İyun 09:06
9 İyun 09:05
9 İyun 09:03
9 İyun 08:27
9 İyun 08:23
9 İyun 08:22
9 İyun 08:20
9 İyun 08:18
9 İyun 08:15
9 İyun 08:12
9 İyun 08:07
9 İyun 08:06
9 İyun 02:20
9 İyun 02:17
9 İyun 02:15
9 İyun 02:13
9 İyun 02:03
9 İyun 02:00
9 İyun 01:57
9 İyun 01:54
9 İyun 00:14
9 İyun 00:08
9 İyun 00:05
8 İyun 21:29
8 İyun 21:20
8 İyun 21:14
8 İyun 21:12
8 İyun 21:07
8 İyun 21:06
8 İyun 20:56
8 İyun 20:55
8 İyun 20:05
8 İyun 19:56
8 İyun 19:37
8 İyun 19:30
8 İyun 19:11
8 İyun 18:56
8 İyun 18:49
8 İyun 18:45
8 İyun 18:24
8 İyun 18:21
8 İyun 18:18
8 İyun 17:54
8 İyun 17:48
8 İyun 17:40
8 İyun 17:31
8 İyun 17:25
8 İyun 17:18
8 İyun 17:06
8 İyun 17:02
8 İyun 16:59
8 İyun 16:55
8 İyun 16:50
8 İyun 16:47
8 İyun 16:42
8 İyun 16:38
8 İyun 16:34
8 İyun 16:26
8 İyun 16:21
8 İyun 15:42
8 İyun 15:30
8 İyun 15:22
8 İyun 15:04
8 İyun 14:58
8 İyun 14:54
8 İyun 14:43
8 İyun 14:42
8 İyun 14:40
8 İyun 14:39
8 İyun 14:37
8 İyun 14:31
8 İyun 14:22
8 İyun 14:18
8 İyun 14:06
8 İyun 14:04
8 İyun 13:53
8 İyun 13:43
8 İyun 13:33
8 İyun 13:25
8 İyun 13:21
8 İyun 13:19
8 İyun 13:17
8 İyun 13:11
8 İyun 12:45
8 İyun 12:42
8 İyun 12:35
8 İyun 12:25
8 İyun 12:23
8 İyun 12:20
8 İyun 12:18
8 İyun 12:13
8 İyun 12:07
8 İyun 12:03
8 İyun 11:59
8 İyun 11:55
8 İyun 11:49
8 İyun 11:34
8 İyun 11:29
8 İyun 11:27
8 İyun 11:23
8 İyun 11:18
8 İyun 11:16
8 İyun 11:10
8 İyun 11:05
8 İyun 11:02
8 İyun 10:59
8 İyun 10:58
8 İyun 10:55
8 İyun 10:55
8 İyun 10:50
8 İyun 10:40
8 İyun 10:28
8 İyun 10:24
8 İyun 10:24
8 İyun 10:17
8 İyun 10:14
8 İyun 10:07
8 İyun 09:57
8 İyun 09:46
8 İyun 09:24
8 İyun 09:14
8 İyun 09:10
8 İyun 09:08
8 İyun 09:06
8 İyun 09:02
8 İyun 08:57
8 İyun 08:56
8 İyun 08:49
8 İyun 08:46
8 İyun 08:44
8 İyun 08:42
8 İyun 08:39
8 İyun 08:32
8 İyun 08:29
8 İyun 08:24
8 İyun 08:16
8 İyun 07:41
8 İyun 07:38
8 İyun 03:02
8 İyun 02:59
8 İyun 02:57
7 İyun 23:04
7 İyun 22:57
7 İyun 22:56
Ən son xəbərləri səhifəmizdən də izləyin