BURADA REKLAMINIZ OLA
BİLƏR

Hamilə qadın dənizdə boğularaq öldü

Sumqayıt şəhərinin Sahil küçəsində yerləşən çimərliklərdən birinin ərazisində boğulma hadisəsi qeydə alınıb.

 

Pravda.az-ın xəbərinə görə, avqustun 7-də, təxminən, saat 21:50-də 1987-ci il təvəllüdlü Əhmədova Şəhanə Sərzalı qızı  dənizdə boğulma təhlükəsilə üzləşib. O, sudan çıxarılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Mərhumun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

 

Onun 4 aylıq hamilə olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 8 Avqust 2020, 07:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin