BURADA REKLAMINIZ OLA
BİLƏR

Sevgilisini döyən qısqanc kişi cinayət məsuliyyətindən azad edildi

Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Tağı Hüseynovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.


Qeyd: Təqsirləndirilən şəxs qısqanclıq zəminində yaranmış mübahisə zamanı tanışına xəsarət yetirməkdə ittiham olunub.


İttihama əsasən, hadisə 17 fevral 2026-cı il tarixdə saat 11 radələrində paytaxtın Nərimanov rayonu ərazisində baş verib.


Belə ki, Tağı Hüseynov sevgi münasibətində olduğu zərərçəkmiş Maya Qədirova (adı, soyadı şərtidir) ilə qısqanclıq zəminində mübahisə edib. Bu zaman təqsirləndirilən şəxs qadına əli ilə zərbə endirib. Nəticədə Mayanın sol almacıq nahiyəsində ağrı sindromu və iltihabi dəyişikliklərlə müşayiət olunan hematoma əmələ gəlib.


Ekspertiza rəyi ilə müəyyən olunub ki, zərərçəkmişə yetirilmiş xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olub və dərəcəsinə görə sağlamlığa qəsdən yüngül zərər vurma kimi qiymətləndirilib.


Toplanmış sübutlar əsasında tqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.


Məhkəmə hazırlıq iclasında Tağı Hüseynov özünü təqsirli bildiyini qeyd edib. O, zərərçəkmiş şəxslə barışdıqlarını deyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.


Məhkəmə iclasında iştirak edən Maya Qədirova da tərəflər arasında barışıq əldə olunduğunu təsdiqləyib. O, təqsirləndirilən şəxslə aralarında artıq heç bir narazılığın qalmadığını, sevgilisinə qarşı şikayət və tələbinin olmadığını söyləyib.


Zərərçəkmiş şəxs bununla bağlı məhkəməyə müvafiq ərizə də təqdim edib və cinayət işinə xitam verilməsini istəyib.
 

Beləliklə, tərəflərin barışması və zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması məhkəmə baxışı zamanı nəzərə alınan əsas hallardan biri kimi qiymətləndirilib.

Kamal Məmmədov 

Tarix: 20 May 2026, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin