BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda ən yüksək maaş hansı sahədə verilir?

Azərbaycanda ortaaylıq əməkhaqqı məbləği 1 151 manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk rübündə ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6.2 faiz artıb.

 

 

Deputat Vüqar Bayramov  sosial şəbəkə hesabında statistik rəqəmlərin təhlilini verib.

 

 

O bildirib ki, göstərilən rəqəmlərin aid olduğu dövrdə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 797 min nəfər olub, onlardan 869 mini dövlət sektorunda, 928 mini isə özəl sektorda fəaliyyət göstərir:

 

 

"Ortaaylıq əməkhaqqı məbləğində diqqətçəkən məqamlardan biri sektorlar üzrə fərqdir. Belə ki, ən yüksək əməkhaqqı mədənçıxarma sənayesindədir. Bu sektorda çalışanların ortaaylıq əməkhaqqı məbləği 4 581 manatdır. Yəni, neft və qaz sektorunda çalışanlar ölkə üzrə ortaaylıq əməkhaqqı məbləği ilə müqayisədə 4 dəfə çox maaş alırlar. Maliyyə və sığorta sektorunda ortaaylıq əməkhaqqı 2 814 manatdır. Bank sektorunda çalışanlar ölkədə ikinci ən yüksək əməkhaqqı alanlardır. Bütövlükdə, iqtisadiyyatın 9 sektorunda çalışanlara ölkə üzrə ortaaylıq maaş məbləği ilə müqayisədə daha çox əməkhaqqı təklif edilir".

 

 

O qeyd edib ki, iqtisadiyyatın 10 sektorunda çalışanların ortaaylıq əməkhaqqı məbləğləri isə ölkə üzrə göstəricidən aşağıdır: “Ən aşağı ortaaylıq əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda qeydə alınıb. Belə ki, bu sahədə əməkhaqqı 720 manat olub. Ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə çalışanların ortaaylıq maaşları da aqrar sektorda çalışanların əməkhaqqılarına yaxın-768 manat təşkil edib. Ortaaylıq əməkhaqqı məbləği təhsildə 824, elm sənayesində isə 1 048 manatdır”.

 

 

Deputat vurğulayıb ki, ortaaylıq əməkhaqqı göstəricilərinin sektoral təhlili maaş artımlarının diferensiallaşdırılması baxımdan vacibdir: “

Xüsusən də, yalnız dövlət qulluqçularının deyil, bütövlükdə dövlət sektorunda maaş məbləğlərinin optimallaşdırılması prioritet olaraq qalmaqdadır".

Tarix: 20 May 2026, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin