BURADA REKLAMINIZ OLA
BİLƏR

UN-Habitat nümayəndəsi Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə bərpa işlərini yüksək qiymətləndirib

Azərbaycan işğaldan azad olunmuş ərazilərin tam inteqrasiyasına nail olmağa çalışır.

 

AZƏRTAC xəbər verir ki, bu barədə BMT Məskunlaşma Proqramının (UN-Habitat) Əfqanistan üzrə ölkə direktoru Stephanie Loose WUF13 çərçivəsində "Böhran sonrası qayıdış üçün mənzil: Davamlı həllərin təmin edilməsi" mövzusunda tədbirdə deyib.

 

O, Azərbaycanı nümunə kimi göstərərək bildirib ki, Əfqanıstanda vəziyyət fərqlidir. “Onlar köçkünlərə ərazi ayırır və həmin ərazi bəzən əlverişsiz olur. Əfqanıstan həqiqətən çox gözəl ölkədir, baxmayaraq ki, uzun illərdir müxtəlif böhranlardan əziyyət çəkir. 2023-cü ildən etibarən ölkədə humanitar yardıma ehtiyacı olan insanların sayı artıb. Pakistanla mövcud mübahisələr isə hələ də davam edir. Bundan əlavə, qonşu ölkələrin qaçqınları yenidən Əfqanıstana geri qaytarması əhalinin sayının daha da artmasına səbəb olur”, - deyə UN-Habitat nümayəndəsi əlavə edib.

Tarix: 20 May 2026, 13:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin