BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaricdə Azərbaycan dilini tədris etmək istəyənlərin nəzərinə: müsabiqə elan olundu

Elm və Təhsil Nazirliyi tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi elan edilir.

 

Bu barədə nazirlikdən məlumat verilib.

 

Müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər.

 

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 3 iyun 2026-cı il, saat 17:00-dək [email protected] elektron poçtu vasitəsi ilə həyata keçiriləcək.

 

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan və şərtlər toplusu vasitəsilə tanış ola bilərsiniz:

 

“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı

 

“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin şərtlər toplusu

Tarix: 20 May 2026, 15:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin