BURADA REKLAMINIZ OLA
BİLƏR

10 Afrika ölkəsində yüksək Ebola epidemiyası riski var - Xəbərdarlıq

Konqo Demokratik Respublikasında və Uqandada baş verən son Ebola epidemiyası ilə bağlı 10 Afrika ölkəsi yüksək risk altındadır.

 

Bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (Africa CDC) xəbərdarlıq edib.

 

Qurumun baş direktoru Jan Kaseya onlayn brifinqdə bildirib ki, yüksək riskli ölkələrə Cənubi Sudan, Ruanda, Keniya, Zambiya, Mərkəzi Afrika Respublikası, Tanzaniya, Efiopiya, Anqola, Konqo Respublikası və Burundi daxildir.

 

Afrika İttifaqının ixtisaslaşmış səhiyyə orqanının məlumatına görə, Konqo Demokratik Respublikası mayın 15-də Ebola epidemiyası elan etdikdən bəri, həm şübhəli, həm də təsdiqlənmiş hallar daxil olmaqla, ümumilikdə 745 yoluxma halı qeydə alınıb. Eyni zamanda, Ebola ilə əlaqəsi ehtimal olunan 176 ölüm hadisəsi baş verib.

 

AZƏRTAC

Tarix: 25 May 2026, 11:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin