BURADA REKLAMINIZ OLA
BİLƏR

ADY Bakı-Tbilisi-Bakı qatarının hərəkət qrafikini açıqlayıb - CƏDVƏL

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı – Tbilisi – Bakı qatarının hərəkət qrafikini açıqlayıb.

 

ADY-dən  verilən məlumata görə, qatar Bakıdan mayın 25-dən etibarən hər gün saat 23:10-da, Tbilisidən isə mayın 26-dan etibarən hər gün 21:00-da yola düşəcək.

 

Səyahət müddəti sərhəd-gömrük baxışları daxil olmaqla təxminən 9 saat 30 dəqiqə davam edir.

 

Qatar Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik, Qardabani və Tbilisi stansiyalarında dayanacaq.

Fotoları təqdim edirik
Tarix: 25 May 2026, 17:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin