Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Sun Lincian "Bir kəmər və bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlığın səmərəli nəticələr verdiyini vurğulayıb və qeyd edib ki, ilin birinci rübündə ikitərəfli ticarət dövriyyəsinin 30 faizdən çox artıb.
Azərbaycanın Çindəki səfirliyindən bildirilib ki, S. Lincan bu barədə Pekində 28 May - Müstəqillik Günü münasibətilə təşkil olunan rəsmi qəbulda məlumat verib.
Qəbul diplomatik nümayəndəliyin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilib.
Tədbirdə Çin rəsmiləri, Pekindəki diplomatik missiyaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov çıxış edərək bildirib ki, iki ölkə arasındakı əlaqələrin tarixi qədim İpək Yolu dövrünə gedib çıxır.
Diplomat 1994-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Çinə rəsmi səfəri ilə əsası qoyulan yüksəksəviyyəli siyasi dialoqun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini və ikitərəfli əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.
"Azərbaycan Çin texnologiyalarını özünün enerji keçidini sürətləndirməkdə mühüm element kimi görür. Ölkələrimizin strateji yaxınlaşması, həmçinin Cənubi Qafqaz regionunda davamlı inkişafın, innovasiya və infrastruktur bağlantısının yeni və keyfiyyətli tərəfdaşlığın təməlini təşkil edir. Ölkələrimiz sadəcə tərəfdaş deyil, həm də regionda ticarət, texnologiya və davamlı inkişafın yeni arxitekturasının həmtəsisçiləridir", - səfir qeyd edib.
O bildirib ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycan Çin ilə Avropa arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün etibarlı logistika mərkəzinə çevrilir. Azərbaycan Prezidenti tərəfindən Zəngəzur dəhlizinin uzun illər sonra yenidən açılması təşəbbüsü gələcəkdə "Kəmər və yol" layihəsinə ölkəmizin növbəti töhfəsi olacaq.
Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Sun Lincian çıxışında Çin Xarici İşlər Nazirliyinin təbriklərini çatdırıb.
"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz milli xüsusiyyətlərinə uyğun inkişaf yolu ilə ardıcıl irəliləyiş əldə edib, ölkədə iqtisadi sabitlik, sosial dinamizm və xalqın rifahı təmin olunub, eyni zamanda, onun beynəlxalq nüfuzu sürətlə artmaqda davam edir. Yaxşı dost və tərəfdaş kimi Çin bundan məmnundur", - xüsusi nümayəndə qeyd edib.
Çin və Azərbaycan arasında qədim ənənələrə malik və daim inkişaf edən dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan Sun Lincian son illər dövlət başçıları İlham Əliyevin və Si Cinpinin strateji baxışları ilə istiqamətləndirilən ikitərəfli münasibətlərimizin sürətlə inkişaf edərək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib.
Sonra Azərbaycan musiqiçilərinin çıxışları olub.
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
Ən son xəbərləri səhifəmizdən də izləyin