BURADA REKLAMINIZ OLA
BİLƏR

"Məni əvəz edəcək aktyor yoxdur"

Əməkdar artist Çingiz Əhmədov açıqlaması ilə diqqət çəkib.

 

Aktyor "Günə bax" proqramında onu heç kimin əvəz edə bilməyəcəyini deyib:

 

"Heç kimin yerini kimsə verə bilməz. Hacıbaba Bağırov bir dəfə dedi ki, rollarımı oynayan aktyor Çingizdir. Amma indi mən baxıram teatra, görürəm yox. Mənim rollarımı oynayacaq adam yoxdur. Bir dəfə xəstələndim, dedim məni başqası əvəz etsin. Cavab verdilər ki, kimə? Yoxdur. Bir ara həmin teatrdan küsmüşdüm. 42 ildir teatrdayam. 1972-ci ildən televiziyadayam. Uşaq verilişləri apardım. Barmaqla sayılacaq aktyorlarımız var idi, itirdik onları. Hər aktyoru əvəz edən yoxdur".

 

Axşam.az

Tarix: 27 May 2026, 15:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin