Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli son illər Azərbaycandan Almaniyaya, eləcə də Türkiyəyə üç mindən artıq həkimin axın etməsi ilə bağlı müzakirələrə aydınlıq gətirib.
M.Məmmədli Pravda.az-a açıqlamasında deyib ki, bütün ölkələrdə artıq qlobal dünya modeli get-gedə möhkəmləndikcə, sərhədlər simvolik məna kəsb etdikcə, müxtəlif ixtisas sahiblərinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərmələri təbiidir.
Deputat bildirib ki, bu hal bütün dünya ölkələrində müşahidə olunur, amma Azərbaycan həkimləri ilə əlaqədar olan məsələləri analiz etdikdə bir neçə məsələyə xüsusi diqqət ayrılmalıdır: “Birinci, rezidenturada fəaliyyət göstərən həkimlərin maaşlarına yeni yanaşmanın ortaya qoyulması. Çünki əksər hallarda Tibb Universitetini bitirərək ilkin mərhələni tamamlayan həkimlər sonradan rezidenturanı qazanmaq, rezident kimi fəaliyyət göstərmək üçün bir çox xarici ölkələri seçirlər, o cümlədən də Almaniyanı. Əsas məsələ praktika üçün uyğun imkanların yaranması, rezidentlərin daha yüksək maaş almalarıdır. Rezidentura dövründə qeyd etdiyimiz ölkələrdə fəaliyyət göstərən azərbaycanlı həkimlər sonra özləri üçün uyğun şərait tapırlar. Yaşayış şəraitinə adaptasiya, yüksək maaş onların xarici ölkələrdə, konkret olaraq Almaniyada qalmalarına səbəb olur. Bütün bunların qarşısında obyektiv tədbir görmək üçün rezidentura fəaliyyətinə diqqət yetirməliyik. Rezidenturada oxuyan həkimlərimizin həm praktiki cəhətdən yetişmələrinə ciddi diqqət ayırmalıyıq, həm də icbari tibbi sığorta tətbiqi ilə kifayət qədər sərbəstləşən, fondda bu istiqamətdə ayrılan vəsaitlərin bir hissəsini rezidentlərin maliyyələşməsinə, yəni həkim kimi fəaliyyətlərinin maliyyələşməsinə yönəltməliyik. Bu, məncə, çıxış yolu kimi göstərilə bilər. “Həkim çatışmazlığı” dedikdə daha çox həkimlərin qeyri-peşəkar şəkildə paylanması barədə fikir söyləyə bilərik. Bakıda, eləcə də Abşeron yarımadasında kifayət qədər həkimlə təmin olunma var, hətta Avropa standartları səviyyəsindədir, amma digər bölgələrimizlə bağlı bunu söyləmək olmaz. Bölgələrdə müxtəlif istiqamətdə sosial proqramların tətbiqi ilə mənzil şəraitinin yaxşılaşdırılması üçün həmin həkimlərin yaşayış sahəsi ilə təmin olunması və digər güzəştlər, ipotekaya əlçatanlığın artırılması vacibdir. Stimullaşdırıcı tədbirlərlə çox qısa zamanda bu prosesin də öhdəsindən gələ bilərik. Azərbaycanda səhiyyə islahatları davam edir. Artıq müəyyən mərhələdən sonra elə bir həddə gəlib çatmışıq ki, həlledici mərhələdəyik. İslahatlarda müəyyən korreksiyalara ehtiyac var. Bu istiqamətdə TƏBİB-in yeni rəhbərliyi, Səhiyyə Nazirliyi və digər səhiyyə qurumları ilə birlikdə böyük addımlar atılır. Qısa müddətdə görülən işlər çox müsbət dəyərləndirilməlidir. Həm mənəvi, həm də iqtisadi mühitin yaxşılaşdırılması baxımından atılan addımlar alqışlanandır. Tibb ictimaiyyəti böyük ümidlə bu islahatların növbəti uğurlara gətirib çıxaracağına əmindir. Gözləntilərimiz böyükdür”.
Aytəkin Qardaşova
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
Ən son xəbərləri səhifəmizdən də izləyin