BURADA REKLAMINIZ OLA
BİLƏR

Rumıniya Rusiya PUA-sı ilə bağlı hadisəni "ciddi və məsuliyyətsiz hərəkət" adlandırıb, NATO müttəfiqləri məlumatlandırılıb

Rumıniya Qalaç şəhərində yaranmış vəziyyətlə bağlı NATO müttəfiqlərini və alyansın baş katibini məlumatlandırıb.

 

Bu barədə Rumıniya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

 

Məlumata görə, Buxarest pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrinin Rumıniyaya ötürülməsi prosesinin sürətləndirilməsi üçün NATO-dan əlavə tədbirlər görülməsini xahiş edib.

 

Nazirlik bildirib ki, məsələ ilə bağlı müttəfiqlərlə məsləhətləşmələr davam etdirilir.

 

Qeyd olunub ki, Rusiya Federasiyası bu ciddi və məsuliyyətsiz hərəkətlərə görə birbaşa öhdəlik daşıyır./APA

Tarix: 29 May 2026, 10:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin