BURADA REKLAMINIZ OLA
BİLƏR

San-Marinonun Regent Kapitanları Prezident İlham Əliyevi təbrik ediblər

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.


Pravda.az xəbər verir ki, məktubda deyilir:


"Zati-aliləri.


Sizə və dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Bu əlamətdar gündə Zati-alinizə müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzulayırıq".


Tarix: 29 May 2026, 17:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin