BURADA REKLAMINIZ OLA
BİLƏR

Nənə və nəvə dəm qazından boğuldu

Bakıda iki nəfər dəm qazından boğulub.

 

Pravda.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində qeydə alınıb.

 

Orada yaşayan 1953-cü il təvəllüdlü Əminə Mirzəzadə və nəvəsi 2003-cü il təvəllüdlü Əminə Mirzəzadə evlərinin hamamında dəm qazından boğulublar.

 

Onların meyitləri yaxınları tərəfindən aşkarlanıb.

 

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.APA

Tarix: 16 Dekabr 2019, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin