BURADA REKLAMINIZ OLA
BİLƏR

Pərvin Əliyev: “Təhsil sistemi tələb etdiyi bacarığı əvvəlcə məktəbdə formalaşdırmalı, sonra isə onu qiymətləndirməlidir”

Xəbər verdiyimiz kimi, 2027-ci ildən etibarən ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında xarici dil üzrə şagirdlərdən minimum 100 sözdən ibarət kiçik həcmli mətn – paraqraf yazmaları tələb olunacaq. Bu isə sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Belə ki, orta məktəbdə ingilis dilinin düzgün formada keçirilmədiyini bildirən valideynlər xarici dilin imtahanlara salınmasından narazıdırlar.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Təhsil eksperti Pərvin Əliyevin sözlərinə görə, buraxılış imtahanlarında ingilis dili üzrə yazı bacarığının tələb olunması prinsipcə doğrudur.

 

O qeyd edib ki, abituriyentin bu dəyişikliyə hazır olmaması hazırdakı situasiyaya görə narazılıq yaradır: “İmtahanlarda xarici dil üzrə testlər yox, fikri ifadə etmək bacarığı tələb ediləcək. Amma burada əsas məsələ odur ki, məktəblərdə bu bacarıq illərlə lazımi səviyyədə formalaşdırılmayıb. Çünki yetəri qədər təhsil proqramı yoxdur. Abituriyentin bu dəyişikliyə hazır olmaması hazırki situasiyaya görə narazılıq yaradır. Düşünmək lazımdır ki, bu dəyişikliyə hazır olmaq üçün bir neçə il sonraya tətbiq edilsə, daha yaxşı olardı. Hansı ki abituriyentlərin bu imtahan modelinə 9 illik bazada hazırlaşması daha məqsədə uyğun olardı. Nəticə olaraq bu sistem düzgün tətbiq olunarsa, gələcəkdə daha uğurlu nəticələr verə bilər. Təhsil sistemi tələb etdiyi bacarığı əvvəlcə məktəbdə formalaşdırmalı sonra isə onu qiymətləndirməlidir”.

 

Şəhanə Quliyeva

Tarix: 1 İyun 2026, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin