BURADA REKLAMINIZ OLA
BİLƏR

“Belarusda xaos olmayacaq” - Lukaşenko

Prezident seçkilərindən sonra Belarus xaos və vətəndaş müharibəsinə sürüklənməyəcək.

 

Pravda.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib.

 

A. Lukaşenko deyib ki, bütün variantlar nəzərdən keçirilir: "Ancaq sabah ölkənin xaosa, qarşıdurmaya, vətəndaş müharibəsinə sürüklənəcəyi barədə danışmağın əsası yoxdur".

 

Qeyd edək ki, bu gün Belarusda prezident seçkiləri keçirilir. Prezident postuna 5 iddialı var. Bunlar hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.APA

Tarix: 9 Avqust 2020, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin