BURADA REKLAMINIZ OLA
BİLƏR

Fazil Mustafa: “Verilişi dayandırırıq, insanı öz evinə, içinə qapadırıq, bu, daha təhlükəlidir”

“Sosial verilişlər ona görə populyardır ki, evlənən, boşanan, hansısa bir şəkildə iş tapa bilməyən, cəmiyyətdə uğursuzluğa düçar olmuş insanlar yol axtarırlar. Bu, yanlız bizdə belə deyil, televiziya kəsə yoldur. Normal yolla gedə bilməyən adamlar kəsə yollar axtarmağa başlayırlar. Televiziyada da daha rahat həll olunduğunu düşünürlər. Həm də dərdlərini paylaşdıqları üçün bir az sakitləşirlər. Məmurların qəbuluna gedən vətəndaşların böyük əksəriyyəti də problemin həll olunması ümidi ilə getmirlər. Adam bir dəfə ərizə yazar da… Vətəndaş var 20-30 ərizə yazır, problemi həll olunmur. Heç olmasa gəlib haradasa danışanda və ya hansısa instansiyaya çatdıranda gedib bir az rahat yatır. Söz içəridə qalanda daha çox ağrılar yaşadır. Problemin kökü budur”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa Barometr TV-də yayımlanan “Rövşanə ilə Gündəm” verilişində deyib.

 

F.Mustafa qeyd edib ki, sosial verilişlər bu formada kütlənin və ya sosial şəbəkələrdə insanların təzyiqi ilə bağlanmamalıdır: “Onu bir az maarifçilik yönünü artırmaq, saxlamaq lazım idi. Verilişi saxlayıb, bu istiqaməti gücləndirmək lazımdır ki, insanlar həm hara müraciət edə biləcəklərini bilsinlər, həm də doğru alternativləri tapa bilsinlər. Doğru alternativ tapa bilməyən insan mütləq hansısa bir şəkildə evdə kompromis tapa bilməyəcək, vaxtında oxumayan insan ali təhsil ala bilməyəcək, ailə həyatı quranda da müstəqil şəkildə özünü həyatda tutmaq imkanına sahib olmayacaq. Qadınların əksəriyyəti bu vəziyyətdədir. Bunu sosial şəbəkələrdə hansısa bir şəkildə məhdudlaşdırmaqla, verilişi ləğv etməklə çözə bilməyəcəyik. Verilişin həm də alternativi olmalıdır. Alternativ verilişləri də bazara çıxarmırıq, eyni zamanda kütlənin marağında olan maarifçi xəttini də tələb etmirik, bütövlükdə verilişi dayandırırıq və insanı öz evinə, içinə qapadırıq. Bu daha təhlükəli mühitin formalaşmasına gətirib çıxarır”.

 

Şəhanə Quliyeva

Tarix: 1 İyun 2026, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin