BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir

Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir.

 

Bu fikri Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirib.

 

Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var.

 

Yoxsulluğun 5 faiz səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu söyləyən Prezident, həmçinin deyib: “Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”.

Tarix: 1 İyun 2026, 10:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin