BURADA REKLAMINIZ OLA
BİLƏR

Nəriman Həsənzadə ilə bağlı AÇIQLAMA

“Xalq şairi Nəriman Həsənzadənin səhhəti yaxşıdır, yaradıcılıqla məşğuldur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında şairin köməkçisi Arif Mehmandost məlumat verib.

 

O bildirib ki, dörd aya yaxındır, Xalq şairini ziyarətə gələn olmayıb: “Müalicəsi evdə davam etdirilir, ümumi vəziyyəti yaxşıdır. Arada kiçik şeirlər də olsa, yazır. Sonuncu dəfə ziyarətinə ad günündə gəliblər. Ondan sonra ziyarət edən yoxdur. Mədəniyyət nazirimiz cənab Adil bəy sağ olsun, maraqlanır”.

 

A.Mehmandost “Milli Məclisin Mədəniyyət komitəsindən əlaqə saxlanılırmı” sualına isə belə cavab verib: “Bəli, Milli Məclisdən əlaqə saxlayırlar. Sabir Rüstəmxanlı da maraqlanır”.

 

Şəhanə Quliyeva

Tarix: 1 İyun 2026, 13:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin