BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya aviasiya kerosininin ixracını dayandırdı

Rusiya aviasiya kerosininin ixracını dayandırıb.

 

Müvəqqəti qadağa 1 iyundan 30 noyabr 2026-cı ilə qədər tətbiq edilib.

 

Hökumət qərarını daxili yanacaq bazarında sabitliyi qorumaq üçün bir vasitə kimi izah edib.

 

Bildirilib ki, məhdudiyyətlər təyyarə çənlərindəki aviasiya yanacağına, artıq göndərilmək üçün rəsmiləşdirilmiş partiyalara və ya hökumətlərarası müqavilələr çərçivəsində təchizata şamil olunmayacaq.

 

"Hazırda aviasiya kerosini ilə bağlı heç bir çatışmazlıq yoxdur. Hər hansı bir vəziyyətdə fəaliyyətimiz Rusiya aviaşirkətlərinin maraqlarını təmin etməyə yönəlib", - nəqliyyat naziri Andrey Nikitin vurğulayıb.

 

APA

Tarix: 1 İyun 2026, 13:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin