BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycandan Həccə gedən zəvvarların Vətənə dönüşü bu tarixdən başlayır

Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən azərbaycanlı zəvvarların iyunun 6-dan etibarən Vətənə dönüşü başlayacaq.

 

Bu barədə Pravda.az-a  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

 

O bildirib ki, zəvvarların geri dönüş prosesi iyunun 9-da başa çatacaq.

 

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1150 nəfər yola düşüb. Səfər mayın 17-də başlayıb.

 

Xatırladaq ki, 2026-cı il Həcc mövsümü üçün bir nəfərlik ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Tarix: 1 İyun 2026, 14:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin