BURADA REKLAMINIZ OLA
BİLƏR

Rektor Pyotr Qlıboçko Prezident İlham Əliyevi təbrik edib

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

 

Təbrikdə deyilir:

 

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan gözəl və firavan ölkədir, qeyri-adi zəngin insan potensialına malikdir. Bu gün Azərbaycan Respublikası gələcəyə inamla baxır və bütün vətəndaşlarının rifahı naminə dinamik şəkildə inkişaf edir.

Qoy, ölkələrimiz arasında tərəfdaşlıq və xalqlarımızın dostluğu ildən-ilə daha da möhkəmlənsin!

Azərbaycana davamlı inkişaf və rifah arzulayıram”.

 

Tarix: 1 İyun 2026, 14:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin