Ölkəmizdə statistik rəqəmlərə görə 2025-ci ildə doğulan uşaq sayı ilə abortların sayı bərabər olub. Mütəxəssislər bu göstəricilərə görə artıq həyəcan təbili çalırlar. Belə ki, göstərici davam edərsə gələcəkdə ciddi problemin yaranacağını ehtimal edirlər.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən sosial məsələlər üzrə ekspert, sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, bu, reallıqdır və son illər təbii artımda ləngimələr müşahidə edilir.

O bildirib ki, insanlar artıq ailə planlanmasında bir-iki, ən yaxşı halda üç uşağa üstünlük verirlər: “Ümumiyyətlə, yeni qurulan ailələrdə Avropadan gələn bir tendensiya da özünü göstərir. Belə ailələr evliliyin ilk illərində, ümumiyyətlə, uşaq istəmirlər. Bəzən də bu Qərbdə mövcud olan bir tendensiyaya çevrilir. Azərbaycanda da uşaqdan azad ailə modeli (“child free”) boy göstərmək istəyir. Düzdür, bu azlıq təşkil edir, amma təəssüf ki, var. Abortların statistik göstəriciləri doğum göstəricilərini izləyir. Bu, onu göstərir ki, yaxın illərdə ləngimə davam edə bilər. Hətta ola bilər ki, abort sayı doğum sayını üstələsin. Çünki tendensiya belə gedir. Buna səbəb odur ki, insanlar daha rahat, komfort yaşamaq istəyir, ayğıları çəkmək istəmirlər, daha eqoist həyata meyilləniblər. Uşaq qayğıları ilə yaşamaq istəmirlər. Ona görə bu tendensiya özünü göstərir. Uşaqların gələcəkdə təminat məsələləri, mənzil sahibi olmaq, karyera həmçinin insanların içində uşaqlara görə nigaranlıq da var. Həyat şərtləri çətinləşir... Qlobal miqyasda belədir. Fikirləşirlər ki, uşaq dünyaya gətirmək problemi deyil, onun təminatı da vacibdir. Abortların sayının artması daha çox bunlarla izah olunur. İnsanların təhsil, mədəni səviyyəsi artdıqca ailə planlaşdırmasında daha az uşağa üstünlük verirlər. Qeyd etdiyim kimi, uşaqsız ailə modelinə də maraq yaranıb. Demoqrafik baxımdan SOS siqnalı çalınır. Gələcəkdə bu tendensiya davam edərsə, səfərbərlikdə, əmək bazarında problem ola bilər. Bu yaxında Nazirlər Kabinetinin hesabatında vurğulandı ki, demoqrafik ləngimə davam edir. Təbii artımda ləngimə davam edərsə, məktəbdə 50 min müəllim ştatının ixtisarı proqnozlaşdırıldı. Çünki birinci sinifə gedənlərin sayında da azalma müşahidə olunacaq”.
Ekspertin sözlərinə görə, hökumət demoqrafik ləngimənin orta perspektivdə təhdid yaradacağını statistik, diaqnostik qiymətləndirmə apararaq müəyyənləşdirərsə, yəqin, motivasiyaedici demoqrafik alətlərdən istifadə edəcək: “Necə ki, bir sıra ölkələrdə bu təcrübədən istifadə edilir. Məsələn, uşaqlar üçün “uşaqpulu” adlanan sosial müavinətlərin bərpası ola bilər və ya “çoxuşaqlı” anlayışının 5-dən 3-ə azaldılması ola bilər. 3 uşaqlı ailə də bu imtiyazlardan istifadə edə bilər... ABŞ-da Donald Tramp tərəfindən qəbul olunan 2026-2028-ci illəri əhatə edən proqram var, aztəminatlı ailələrdə doğulan uşaqların adına hesab açılır və bu hesabda yığılan pullar depozit kimi qiymətli kağızlar bazarına yönəlir, gələcəkdə uşağın istifadəsinə verilir. Türkiyədə 2025-ci ildə “ailə ili” çərçivəsində gənclərin ailə qurma çətinliklərini nəzərə alaraq onların toy xərclərini bələdiyyələr və icra strukturları öz üzərlərinə götürürlər. Mənzillə bağlı faizsiz kreditləri gənc ailələrə verilməsinə şərait yaradılır və ailə dörd ildən sonra hissə-hissə güzəştli şərtlərlə onu qaytarır. Belə bir motivasiyaedici tədbirlər görmək olar. Demoqrafik ləngiməni götürmək üçün müxtəlif həvəsləndirici alətlər var. İlkin demoqrafik təhlillərdən sonra hökumət zərurət bilsə, yəqin ki, tədbirlər görəcək. Çünki bu, ciddi, dövlət üçün strateji məsələdir. Yaxşı olar ki, gənclər üçün məşğulluq marafonları təşkil olunsun. Təkcə paytaxtda deyil, regiondakı gənclərin də məşğulluq məsələləri onlar üçün yaş psixologiyasına uyğun olaraq iş yerlərinin açılması məqsədəuyğun olar. Çünki təbii artım həmişə regionlarda yüksək olur. Ancaq gənclər işsizliyə və ya mənəvi ehtiyaclarını ödəmək üçün mərkəz şəhərlərə, paytaxta üz tuturlar. Yaxşı olar ki, elə rayon mərkəzlərində onların mənəvi ehtiyaclarını ödəmək üçün mərkəzlər açılsın. Dövlət başçımızın da vurğuladığı kimi, şəhərlə kəndlər arasındakı fərqlər aradan qalxmalıdır ki, gənclər öz mənəvi ehtiyaclarını ödəmək, iş təminatı üçün paytaxta, mərkəzi şəhərlərə üz tutmasın, rayon mərkəzlərində qalıb yaşasınlar, həm iqtisadiyyata töhfə versinlər, həm də təbii artımda iştirak etsinlər, bütövlükdə paytaxta axının qarşısı alınsın”.
Ü.Şəfiyev onu da qeyd edib ki, abortlarla yanaşı həm də selektiv abortlara görə, vəziyyət ürəkaçan deyil: “Burada bir az da cəmiyyətin düşüncəsində dəyişikliklər lazımdır. Ənənəvi ikimərkəzli cəmiyyətdə daha çox oğlan uşaqlarının doğuşuna üstünlük verirdilər. Ona görə statistikaya baxanda görürük ki, 28-30 yaşa qədər oğlanlar üstünlük təşkil edir, 28-30 yaşdan sonra artıq qadınlar daha çoxluq təşkil edir. Çünki oğlanlar yol qəzaları və digər sahələrdə itkilərə məruz qalır. Oğlanlar doğulan zaman həyatda qalma immuniteti qızlara nisbətən zəifdir. Selektiv abort məsələsi bizdə daha çox aktualdır. Selektiv abortlara görə dünyada əhalisi çox olan Çini belə üstələyirik”.
Şəhanə Quliyeva
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
Ən son xəbərləri səhifəmizdən də izləyin