BURADA REKLAMINIZ OLA
BİLƏR

BTC-nin operatorluğunun SOCAR-a ötürülməsi iyulun 1-dək tamamlana bilər

Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin operatorluğunun SOCAR-a ötürülməsi prosesi iyulun 1-dək tamamlana bilər.

 

Bunu jurnalistlərə açıqlamasında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.

 

Onun sözlərinə görə, operatorluğun ötürülməsi bp-nin layihədən çıxması ilə bağlı deyil, mövcud müqavilə öhdəliyinin icrasıdır.

 

“İyulun 1-i müqavilə üzrə müəyyən edilmiş tarixdir və biz bu prosesi həmin tarixədək tamamlamağa çalışırıq. Vurğulamaq istəyirəm ki, bu, bp-nin layihədən çıxması demək deyil. Söhbət müqavilə öhdəliyinin yerinə yetirilməsindən gedir”, – deyə o bildirib.

 

C.Kristofoli qeyd edib ki, bp BTC layihəsində fəaliyyətini davam etdirəcək və operatorluğun SOCAR-a keçidini dəstəkləyir.

 

“SOCAR-ın operator olması bizi həyəcanlandırır. Bu istiqamətdə çox əhatəli keçid prosesi üzərində işləmişik. SOCAR-ın kəməri uğurla idarə etmək üçün lazımi təcrübəsi və imkanları var”, – deyə bp rəsmisi vurğulayıb.

 

Onun sözlərinə görə, operatorluğun ötürülməsi üzrə işlər planlaşdırılmış qrafikə uyğun şəkildə davam edir.

 

APA

Tarix: 2 İyun 2026, 10:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin