BURADA REKLAMINIZ OLA
BİLƏR

Bölgələrdə yerləşən apteklərdə nöqsanlar aşkarlandı

2026-cı ilin may ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 56 aptekdə yoxlama aparılıb.

 

Bu barədə Pravda.az-a AEM-dən məlumat verilib.

 

Bildirilib ki, yoxlamalardan biri Bakı şəhərində, 55-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 55-i planlı, biri isə plandankənar olub.

 

Nəticələrə əsasən, 18 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

 

Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

Tarix: 2 İyun 2026, 11:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin