BURADA REKLAMINIZ OLA
BİLƏR

Putindən ŞOK MƏKTUB

Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkoya Minskdə saxlanılan ruslarla bağlı bütün faktları əks etdirən beş səhifəlik məktub göndərib.

 

Pravda.az "İnterfaks"a istinadla xəbər verir ki, Lukaşenko hazırda İstintaq Komitəsinin bu faktları araşdırdığını söyləyib.

 

"Perspektivə gəlincə, kimsə Rusiya ilə münasibətlərimizin tamamilə pozulacağını gözləyirsə, səhv edir", - deyə o bildirib.

 

Qeyd edək ki, iyulun 29-da Minsk yaxınlığında 30-dan çox rusiyalı tutulub. Belarus tərəfi onların ölkədə seçki kampaniyası dövründə vəziyyəti gərginləşdirməyi planlaşdıran Rusiyanın özəl hərbi şirkəti "Vaqner"in döyüşçüləri olduğunu bəyan edib.

 

Öz növbəsində rəsmi Moskva bunu təkzib edərək həmin şəxslərin Belarus vasitəsilə Türkiyəyə tranzitlə getdiklərini, lakin təyyarəyə gecikdikləri üçün Minskə yerləşdiklərini açıqlayıb.Teleqraf

Tarix: 9 Avqust 2020, 17:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin