BURADA REKLAMINIZ OLA
BİLƏR

Elnur Hidayətoğlu işdən çıxıb? - YENİLƏNDİ

Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

 

Bir müddət əvvəl  həmin vəzifə jurnalist Elnur Hidayətoğluya həvalə olunmuşdu.

 

Elnur Hidayətoğlu Ajans.az-a açıqlamasında bildirib ki, "mənim vəzifəm öz yerindədir. Mən şöbə müdiriyəm, həmin vəzifə mənə müvəqqəti  həvalə olunmuşdu. Hazırda öz vəzifəmi davam etdirirəm".

 

***

14:27

 

Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) növbəti kadr dəyişikliyi baş verib.

 

Bir müddətdir qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsini icra edən Elnur Hidayətoğlu bu postdan ayrılıb.

 

Onun yerinə Zara İbrahimzadə təyin olunub.

 

Xatırladaq ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əvvəlki rəhbəri Zamirə Ədilova olub. Daha sonra bu vəzifə Elnur Hidayətoğluya həvalə edilmişdi.

 

Bu dəyişikliklə bağlı onun özünə zəng etsək də o, telefonlarımıza cavab vermədi.

 

Zara İbrahimzadənin bu vəzifəyə təyin edilməsi ilə bağlı ilk xəbəri manşet.az saytı dərc edib.

 

Nocomment.az

Tarix: 2 İyun 2026, 14:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin