BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsil müəssisələri üçün mebel və idman inventarlarının alınmasına 16.8 milyon sərf olunacaq

Təhsil müəssisələri üçün mebel, idman inventarlarının və digər malların alınmasına 16 861 388 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, sifarişçi Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi, icraçı isə “Vest-LTD” QSC-dir.

 

Nazirlik və QSC arasında müqavilə bağlanıb. İcraçı qurumun rəhbəri Şahin Əlimərdan oğlu Verdəliyevdir, QSC-nin 3 743 278 vergi borcu var.

 

Cabir

Tarix: 2 İyun 2026, 14:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin