BURADA REKLAMINIZ OLA
BİLƏR

İyunun 3-dən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başlayır

2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.

 

Bu barədə Pravda.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən məlumat verilib.

 

Sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.

 

Müsabiqədə iştirak etmək istəyənlər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Tarix: 2 İyun 2026, 15:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin