BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenski bu gün Bakıya gəlir

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Azərbaycana səfərə gəlir.

 

Pravda.az xəbər verir ki, dekabrın 16-17-də Azərbaycanda səfərdə olacaq V. Zelenski Azərbaycan Prezidenti İlham Əliyev və Baş Nazir Əli Əsədovla görüşəcək.

 

Prezidentlər Ukrayna-Azərbaycan Biznes Forumunda da iştirak edəcəklər.

 

Səfər çərçivəsində Ukrayna və Azərbaycan arasında prioritet sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş bir sıra iki tərəfli sənədlərin imzalanması planlaşdırılır. 

 

V. Zelenski Azərbaycandakı Ukrayna icmasının nümayəndələri ilə də görüşəcək.

Tarix: 16 Dekabr 2019, 11:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin