BURADA REKLAMINIZ OLA
BİLƏR

"Şərhlərinizi oxuyuram, botokslarımdan yapışmısınız" - Nəsrin

Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial mediada haqqında yazılan mənfi rəylərə münasibət bildirib. Axşam.az xəbər verir ki, aktrisa botoks etdirməsi ilə bağlı deyilənləri yalanlayıb.

 

"Şərhlərinizi oxuyuram. Botokslarımdan yapışmısınız. "Nəsrin, botokslarını azalt, gözünüz, qaşınız görünmür" deyə yazmısınız. Baxın, belə botoks görmüsünüz? Qaşlarımı bəyənməmiş ola bilərsiniz, ona bir şey deyə bilmərəm. Çünki özümə də qəribə gəlir. Yəqin, bu yaşda bir qadının bu qədər təbii görünməsinə öyrəşməmisiniz. Xoşbəxtəm. Qaldı ki, botoks etdirsəm, kimə nə? Ya da yanağımın köklüyü aktrisalıq qabiliyyətimi görməyinizə əngəl olur? Dua Lipa da qalın qaşlı, toppuş yanaqlıdır. Ona da belə şərhlər yazırsınız?" deyə, Nəsrin bildirib.

 

Tarix: 2 İyun 2026, 18:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin