BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ofisə gəlirdi, deyirdilər, gülürdülər, sonra çıxıb gedirdi" - Tiktoker "Beniz"in MƏHKƏMƏSİ

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi  ilə davam edib.

 

Şahid A.K-nin ilkin istintaq zamanı verdiyi  ifadəsi elan olunub.

 

A.K təqsirləndirilən Aybəniz Xəlilovanı əvvəllər tanımadığını,  ifadədə qeyd olunanların, eləcə də imzanın ona məxsus olmadığını bildirib.

 

Digər şahid İ. İ zərərçəkən Xalid Kərimova məxsus mebel sexində fəhlə işlədiyini deyib:

 

"Aybəniz xanımla Xalidin yaxşı münasibətləri olub. Xanım hərdən ofisə gəlirdi, yemək gətirirdi. Deyirdilər, gülürdülər, sonra çıxıb gedirdi".

 

Növbəti proses 16 iyun saat 15:30-a təyin olunub.

 

Xatırladaq ki, X.Kərimov A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib.

 

Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.

 

Tiktoker barəsində cinayət işi başlanıb.

 

A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.

Tarix: 2 İyun 2026, 18:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin