BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

 

Bu barədə iranlı səfir sosial şəbəkə hesabında bildirib.

 

Səfir keçirilən görüşün detallarını bölüşüb:

 

“Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə keçirilən görüşdə regional proseslər müzakirə olunub, həmçinin ikitərəfli münasibətlərdə gündəmdə olan bəzi məsələlərin irəlilədilməsi ilə bağlı razılıq əldə edilib”.

Tarix: 2 İyun 2026, 23:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin