BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Sürücülər nişanları tam anlaya bilmir, cərimə məsələnin həlli deyil”

“Bakıda yeni nişanlama xətləri sürücülüər arasında çaşqınlıq yaradıb”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputatın sözlərinə görə, sükan arxasında olan şəxs ancaq yola baxmalıdır ki, nişanları görsün, yəni nişanların daha rahat görünə biləcək nöqtələrdə yerləşdirilməməsi, həqiqətən, ciddi çətinliklər yaradır: “Sürücülər nişanları tam anlaya bilmirlər. Bu qərar qəbul edikdikdən sonra ciddi maarifləndirmə tədbirləri görülməlidir. İnsanlar əvvəlcə həmin nişanların mənasını dərk etməlidir, sonra bu nişanlar yollara tətbiq olunmalıdır. Təklif edərdim ki, aidiyyəti qurumlar bu barədə daha həssas yanaşıb, sürücülərin maarifləndirilməsinə ciddi yanaşsınlar. İnsanların cərimələnməsi məsələnin həlli deyil”.

 

Aytəkin Qardaşova

Tarix: 3 İyun 2026, 09:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin