Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhdə təqsirləndirilən Baba Nəbizadənin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2024-cü ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib.
Belə ki, Baba Nəbizadə tanışı, zərərçəkmiş Kərim Vəlizadə (adı, soyadı şərtidir) ilə aralarında yaranmış münaqişədən sonra onu öldürmək məqsədilə çoxsaylı bıçaq zərbələri vurub.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, hadisədən əvvəl tərəflər arasında birlikdə gəzmək məsələsinə görə mübahisə yaranıb. Zərərçəkmiş şəxs təqsirləndirilənin təklifini qəbul etməyib. Bu səbəbdən aralarında sözlü münaqişə baş verib və mübahisə zamanı Kərim onu nalayiq ifadələrlə təhqir edib.
Təhqirdən hiddətlənən Baba zərərçəkmişə qarşı nifrət hissi ilə onu cəzalandırmaq və qisas almaq məqsədilə öldürmək qərarına gəlib. Bu məqsədlə o, yaşadığı evə gedərək bıçaq götürüb və onu üzərində gizlədərək yenidən Kərimlə görüşmək üçün Lökbatan qəsəbəsinə qayıdıb.
Sonradan tərəflər arasında yenidən mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs üzərində gizlətdiyi bıçaqdan istifadə edərək zərərçəkmişə ardıcıl zərbələr endirib. Nəticədə Kərim döş qəfəsinin sol hissəsindən qarın boşluğuna nüfuz edən, daxili qanaxma və mədənin zədələnməsi ilə müşayiət olunan ağır bədən xəsarəti alıb. Bundan əlavə, onun döş qəfəsinin və sol bazu nahiyəsinin müxtəlif hissələrində bir neçə deşilmiş-kəsilmiş yara qeydə alınıb.
Ekspertiza rəylərinə əsasən, zərərçəkmiş şəxsə ümumilikdə altı bıçaq xəsarəti yetirilib. Xəsarətlərdən biri sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib, digər yaralar isə sağlamlığa yüngül zərər vurma kateqoriyasına aid edilib.
İş materiallarında qeyd olunub ki, hücum zamanı Kərim Babanı özündən uzaqlaşdırmağa çalışıb və müqavimət göstərib. Hadisədən sonra yaralı vəziyyətdə tibb müəssisəsinə çatdırılan zərərçəkmişə vaxtında ixtisaslı tibbi yardım göstərilib və onun həyatı xilas olunub.
Məhkəmə belə nəticəyə gəlib ki, Baba Kərimi qəsdən öldürmək niyyəti ilə hərəkət edib, lakin onun cinayətkar niyyəti öz iradəsindən asılı olmayan səbəblərdən başa çatmayıb. Bu səbəbdən onun əməli Cinayət Məcəlləsinin 29, 120.1-ci maddələri ilə, yəni qəsdən adam öldürməyə cəhd kimi tövsif olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, qeyd olunan maddələr üzrə təqsirli bilinərək 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə həmçinin onun şübhəli şəxs qismində saxlanıldığı iki günün cəza müddətindən çıxılmasını qərara alıb və üzərində qəti olaraq 7 il 10 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Hökmə əsasən, məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, hökmün dəyişdirilməsini və barəsində daha yüngül qərar qəbul edilməsini istəyib.
Lakin Bakı Apellyasiya Məhkəməsi iş materiallarını və tərəflərin arqumentlərini araşdırdıqdan sonra apellyasiya şikayətini əsassız hesab edib. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin iş üzrə sübutlarla tam təsdiq olunduğunu qeyd edərək şikayəti təmin etməyib. Nəticədə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Məhkum həmin qərardan da narazı qalaraq kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, Bakı Apellyasiya Məhkəməsinin hökmünün ləğv edilməsi, əməlinin CM-in 29,120.1-ci maddəsindən CM-in 126.1-ci maddəsinə tövsif edilməsini xahiş edib. Kassasiya şikayətində göstərilib ki, o, zərərçəkmişi öldürmək fikrində olmayıb: “Əgər elə olsaydı, Kərimi xəstəxanaya aparmazdı. Həmçinin də ona 2 bıçaq zərbəsi yetirmişəm. Digər yara izləri Kərimin mənimlə olan mübahisəmizə aid deyildir”.
Qeyd edilib ki, məhkəmələr ona cəza təyin edərkən Babanın ilk məhkumluğunu, zərərçəkmiş şəxsi xəstəxanaya aparmasını və gəlib özünün polisə təslim olmasını nəzərə almayıb.
Kamal Məmmədov
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
Ən son xəbərləri səhifəmizdən də izləyin