Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Nəcməddin Şahverdiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Zaur Hüseynovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, Nəcməddin Şahverdiyev əmisi, zərərçəkmiş Ərəstun Şahverdiyevi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilib.
İstintaq materiallarında göstərilir ki, o, lal-karlıqdan əziyyət çəkməsi və boyunun qısa olması kimi fiziki xüsusiyyətlərini uğursuzluq kimi qiymətləndirərək, bunu əmisi tərəfindən ona verilmiş adla əlaqələndirib və sonuncuya qarşı qərəz formalaşdırıb.
Belə ki, təqsirləndirilən şəxs 2023-cü ildə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində yerləşən, əmisinin işlədiyi ət mağazasının qarşısına gəlib. Həmin vaxt Ərəstun Şahverdiyev dostları ilə birlikdə domino oynayırmış. Nəcməddin özü ilə mətbəx bıçağını cibində gizlədərək hadisə yerinə gətirib. O, arxadan yaxınlaşaraq zərərçəkmiş şəxsin bel nahiyəsinə bir dəfə zərbə endirib. Zərbə nəticəsində bıçaq əmisinin bədənində qalıb və bu səbəbdən təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət niyyətini başa çatdıra bilməyib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsə daxili qanaxma, hemorragik şok, qaraciyərin sağ payının və sağ böyrəyin zədələnməsi ilə müşayiət olunan, qarın boşluğuna nüfuz edən bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli, sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirilib.
Nəcməddin Şahverdiyevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham irəli sürülüb.
Lakin işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən təqsirləndirilən şəxsin psixi xəstəliyə tutulduğu müəyyən edilib. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq olunması qərara alınıb. Eyni zamanda Nəcməddin Şahverdiyev sağalmış hesab edilənədək cinayət işi üzrə icraat dayandırılıb. Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarının ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində protestin təsviri hissəsində göstərilənlər nəzərə alınıb təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası təyin olunmaqla məhkəmə araşdırması aparılıb, nəticəsindən asılı olaraq müvafiq yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilməyib.
Kamal Məmmədov
9 İyun 19:14
9 İyun 19:10
9 İyun 19:09
9 İyun 18:57
9 İyun 18:54
9 İyun 18:52
9 İyun 18:50
9 İyun 18:47
9 İyun 18:45
9 İyun 18:39
9 İyun 18:38
9 İyun 18:20
9 İyun 18:17
9 İyun 18:16
9 İyun 18:14
9 İyun 18:00
9 İyun 17:55
9 İyun 17:52
9 İyun 17:39
9 İyun 17:34
9 İyun 17:31
9 İyun 17:27
9 İyun 17:25
9 İyun 17:22
9 İyun 17:00
9 İyun 16:52
9 İyun 16:43
9 İyun 16:36
9 İyun 16:29
9 İyun 16:22
9 İyun 16:17
9 İyun 16:15
9 İyun 16:14
9 İyun 16:03
9 İyun 16:00
9 İyun 15:54
9 İyun 15:52
9 İyun 15:50
9 İyun 15:45
9 İyun 15:41
9 İyun 15:39
9 İyun 15:36
9 İyun 15:25
9 İyun 15:20
9 İyun 15:16
9 İyun 15:10
9 İyun 15:06
9 İyun 15:06
9 İyun 15:03
9 İyun 15:01
9 İyun 14:56
9 İyun 14:48
9 İyun 14:46
9 İyun 14:46
9 İyun 14:43
9 İyun 14:34
9 İyun 14:32
9 İyun 14:28
9 İyun 14:14
9 İyun 13:54
9 İyun 13:50
9 İyun 13:45
9 İyun 13:40
9 İyun 13:37
9 İyun 13:31
9 İyun 13:29
9 İyun 13:27
9 İyun 13:24
9 İyun 13:23
9 İyun 13:17
9 İyun 13:14
9 İyun 13:01
9 İyun 12:52
9 İyun 12:46
9 İyun 12:37
9 İyun 12:34
9 İyun 12:28
9 İyun 12:23
9 İyun 12:21
9 İyun 12:18
9 İyun 12:15
9 İyun 12:10
9 İyun 12:04
9 İyun 11:54
9 İyun 11:51
9 İyun 11:46
9 İyun 11:41
9 İyun 11:31
9 İyun 11:23
9 İyun 11:19
9 İyun 11:19
9 İyun 11:16
9 İyun 11:15
9 İyun 11:12
9 İyun 11:10
9 İyun 11:09
9 İyun 11:09
9 İyun 11:07
9 İyun 11:07
9 İyun 11:05
9 İyun 11:03
9 İyun 11:02
9 İyun 10:58
9 İyun 10:55
9 İyun 10:51
9 İyun 10:48
9 İyun 10:45
9 İyun 10:40
9 İyun 10:37
9 İyun 10:32
9 İyun 10:27
9 İyun 10:22
9 İyun 10:19
9 İyun 10:06
9 İyun 09:59
9 İyun 09:58
9 İyun 09:35
9 İyun 09:33
9 İyun 09:21
9 İyun 09:20
9 İyun 09:17
9 İyun 09:14
9 İyun 09:12
9 İyun 09:09
9 İyun 09:06
9 İyun 09:05
9 İyun 09:03
9 İyun 08:27
9 İyun 08:23
9 İyun 08:22
9 İyun 08:20
9 İyun 08:18
9 İyun 08:15
9 İyun 08:12
9 İyun 08:07
9 İyun 08:06
9 İyun 02:20
9 İyun 02:17
9 İyun 02:15
9 İyun 02:13
9 İyun 02:03
9 İyun 02:00
9 İyun 01:57
9 İyun 01:54
9 İyun 00:14
9 İyun 00:08
9 İyun 00:05
8 İyun 21:29
8 İyun 21:20
8 İyun 21:14
Ən son xəbərləri səhifəmizdən də izləyin