BURADA REKLAMINIZ OLA
BİLƏR

Boşanma zamanı kimin öncə ərizə verməsinin əmlak bölgüsünə təsiri varmı? – AÇIQLAMA

Boşanma evlilik qədər asan olmayan prosesdir. Bununla bağlı isə hər zaman cəmiyyətdə müxtəlif fikirlər dolaşır. Belə ki, məhkəməyə ilk müraciət edən tərəfin sonradan əmlak bölgüsü, aliment və ya uşaqların himayəsi məsələlərində üstün mövqeyə sahib ola bilməyəcəyi qeyd edilir.

 

Bəs boşanma prosesində kimin ilk olaraq iddia ərizəsi verməyinin hansısa əhəmiyyəti varmı?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən vəkil Arzu Alıyevanın sözlərinə görə, məhkəmə prosesində ərizəni kişi və ya qadının verməsinin önəmi yoxdur.

Barassociation.az - Axtarışın nəticəsi

O bildirib ki, boşanma zamanı əmlak bölgüsündə iddiaçı və ya cavabdehin birinci iddia ərizəsini verməsi xüsusi əhəmiyyət kəsb etmir: “Hansı tərəf birinci müraciət etsə belə onun əmlak bölgüsünüə aidiyyatı yoxdur. Qanunun tələbinə görə, boşanma işlərini məhkəmə həll etməlidir. Nikaha xitam verilməsinə, uşaqların hansı valideynin yanında qalmasına, uşağın aliment məsələsinə, əmlak bölgüsünə bir yerdə baxılır. Ancaq bir qayda olaraq əmlak bölgüsü mürəkkəb iş olduğuna görə həmin məsələnin ayrıca icraatına baxılır. Qanun necə tələb edirsə, elə də bölgü gedir. Ancaq ər və ya arvadın birinci ərizə verməsinin əmlak bölgüsünə təsiri olmur”.

 

Şəhanə Quliyeva

Tarix: 3 İyun 2026, 10:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin