BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücülər həm ödənişli Əhmədbəyli-Füzuli-Şuşa, həm də ödənişsiz Zəfər Yolundan istifadə edə bilərlər - VİDEO

Qanunvericiliyin tələblərinə əsasən, dövlət standartlarına cavab verən ödənişsiz alternativ yolun mövcud olduğu hallarda vətəndaşlara seçim imkanı yaradılmaqla ödənişli avtomobil yolunun istismarı mümkündür.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Pravda.az-a verilən məlumata görə, sözügedən marşrut üzrə Zəfər Yolu ödənişsiz alternativ yol funksiyasını yerinə yetirir.

 

Beləliklə, hərəkət iştirakçıları öz seçimlərindən asılı olaraq həm ödənişli Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolundan, həm də ödənişsiz alternativ marşrut olan Zəfər Yolundan istifadə edə bilərlər.

Tarix: 3 İyun 2026, 10:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin