BURADA REKLAMINIZ OLA
BİLƏR

Rektor: BDU-da Qərbi Azərbaycan həqiqətlərinin ortaya çıxarılması üçün tədqiqatlar aparılır

Bakı Dövlət Universitetində Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla ortaya çıxarılması üçün tədqiqatlar aparılır.

 

Bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, müasir dövrdə baş verənlər ədalətin hüquqi və diplomatik müstəvidə təmin edilə biləcəyini təsdiqləyib:

 

"Azərbaycan sülhsevər ölkə kimi bu səylərə sadiqliyini göstərir və bu istiqamətdə zəruri tədbirlər həyata keçirir. Ali təhsil müəssisələri, tədqiqat institutları da elmi həqiqətıərin üzə çıxarılmasına, dünyaya çatdırılmasına üstünlük verir".

 

O qeyd edib ki, BDU-da Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla ortaya çıxarılması üçün tədqiqatlar aparılır:

 

"Müxtəlif fakültələrdə bu yöndə işlər aparılır. Çünki tarix, hüquq, sosial-psixoloji, ekoloji, coğrafi problemlərin vahid konteksdə araşdırılması ciddi səylər tələb edir".

 

Report

Tarix: 3 İyun 2026, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin