BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu gündən müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başladı

İyunun 3-dən 2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Pravda.az-a  bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra iyunun 3-ü saat 11:00-dan www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Qeyd edək ki, elektron sənəd qəbulu mərhələsi iyunun 10-u saat 11:00-dək davam edəcək.

Tarix: 3 İyun 2026, 10:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin