BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyənin tanınmış aparıcısı Reha Muxtar vəfat etdi

Türkiyənin tanınmış jurnalisti, aparıcı Reha Muxtar vəfat edib.

 

Pravda.az Türkiyə mediasına istinadla xəbər verir ki, 66 yaşlı jurnalist bir müddət əvvəl ürək çatışmazlığı səbəbilə xəstəxanaya yerləşdirilmişdi.

 

Aparıcı Bodrumda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, 21 iyul 1959-cu ildə İstanbulda anadan olan, əsli İraq türkmənlərindən olan Reha Muxtar uğurlarla zəngin təhsilini TED Ankara Kollecində və Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinin Mətbuat və Yayım Ali Məktəbində alıb.

 

1980-ci ildə peşə fəaliyyətinə başlayan Reha Muxtar "Milliyet" qəzetinin Ankara bürosunda xarici siyasət müxbiri kimi çalışaraq özünü təsdiqləyib.

 

Daha sonra TRT-yə keçən və Afinada müxbir kimi fəaliyyət göstərən təcrübəli jurnalist Türkiyə ilə Yunanıstan arasında baş verən hadisələri işıqlandıraraq  ölkə miqyasında tanınan simaya çevrilib.

 

Tarix: 3 İyun 2026, 10:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin