BURADA REKLAMINIZ OLA
BİLƏR

Fədayə Laçın: ““Ay can” sözünə görə mahnım trendə düşdü”

“Sənət əsərləri heç zaman trendə düşmür. Mən 30 ildir, bəstəkar mahnıları, böyük əsərlər oxumuşam, biri də trendə düşməmişdi. Müğənni Pərvin Səfərovla “Dostum” adlı mahnını duet oxuduq. Sözlərində də mən “dostum”, o da “ay can” deyirdi. Bir “ay can” sözünə görə mahnı trendə düşdü”.

 

Pravda.az xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın “Künc-Bucaq” “Youtube” kanalında yayımlanan “Ev adamı” verilişində deyib.

 

O bildirib ki, müğənninin sənətkarlığı canlı oxumağından bilinir: “Dedim, ay Allah, mən də treddə olarmışam... 30 ildir, oxuyuram, əsərlər yaradıram, heç nə olmur. “Ay can” sözü olmasaydı, mahnı trendə düşməzdi. Sənəti olan adamların ifaları heç vaxt trendə düşmür. Elə bunun özü də hörmətsizlikdir. Biz nə qədər çalışsaq da, yaxşı sənət əsərləri nümayiş etdirsək də, pis oxuyanlar yaxşı oxuyanlardan çoxdur deyə studiya hesabına müğənni olanlar önə keçir. Bu gediş cəhənnəmə aparacaq. Nə qədər tutub saxlasaq da, olmur”.

 

F.Laçının sözlərinə görə, səsinə studiyalarda düzəliş etdirərək mahnı oxuyan müğənnilər sənətə xəyanət etmiş olur: “Oxumağı bilməyib, özünə müğənni deyib studiyaya gələndə artıq sənətə hörmətsizlik etmiş olur. Studiyada işləyən məcbur oxuyanın səsini düzəltməlidir. Sənətə, tamaşaçıya hörmətsizliyi texnologiya etmir, müğənninin özü edir. Oxuya bilmirsənsə, texnologiya inkişaf edib, bir mahnın çıxacaq deyə hörmətsizlik etmə”.

 

Şəhanə Quliyeva

Tarix: 3 İyun 2026, 20:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin